Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon Kosalar kənd mədəni-maarif müəssilərinin birgə təşkilatçılığı 28 May Respublika Günü münasibətilə şənlik tədbiri keçirildi.
Şənlik tədbirində Xocalı rayon İH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov, Gəncə Regional Mədəniyyət və Turizm idarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev, Gəncə Dövlət Dram Teatrının aktrisası Rahilə Məmmədova, Nizami məqbərəsinin direktoru Gülnarə İsmayılova, qəsəbədə fəaliyyət göstərən müəssisə və idarələrdə çalışan işçilər, məktəb şagirdləri və qəsəbə sakinləri iştirak etdilər.
Tədbirdə geniş nitq söyləyən Səxavət Hüseynov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verdi.O, bildirdi ki, 1918 - ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qebul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində dərin və zəngin iz qoymuşdur. Cəmi 23 ay yaşamasına baxmayaraq, azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Sonra Xocalı rayon 3 saylı Başkənd klubunun mədəni təşkilatçısı Ələsgər Ağayev, gənc müğənnilər Pərviz Ağayev, Tural Ələsgərov, Xocalı MKS-nin Kosalar filialının müdiri Tamilə Əliyeva, Xocalı rayon Başkənd kənd tam orta məktəbinin şagirdi Pünhan Rüstəmov, Xocalı rayon Kosalar kənd tam orta məktəbinin VIII sinif şagirdləri İsmayılova Ulduzə, Quliyeva Aytən ifa etdiyi şən mahnılarla tədbir iştirakçılarının ovqatını artırdı.
Şənlik tədbirindən sonra bilik yarışması keçirildi. Yarışın nəticəsinə əsasən, I yerə Yaloba kənd tam orta məktəbinin komandası, II yerə Laçın rayonu Ərikli kənd ümumi orta məktəbinin komandası, III yerə isə Kosalar kənd tam orta məktəbinin komandası layiq görüldü. Nizami məqbərəsinin direktoru Gülnarə İsmayılova I, II, III yerin sahiblərinə təşəkkürnamələr verdi.
Tədbir xoş ovqatla yekunlaşdı.